Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ölüm halları artıb - Hansı xəstəlik ömrümüzün ''əzrayıl''ına çevrilib? - VİDEO

Azərbaycanda ölüm halları artıb - Hansı xəstəlik ömrümüzün ''əzrayıl''ına çevrilib? - VİDEO

Tarix: 10 Sentyabr 2021 13:58

Ötən ilin birinci yarısında elan olunmuş pandemiyanın ölüm göstəricilərinə görə dünyada hər bir milyon nəfərə 591, Azərbaycanda da təqrıbən bir o qədər - 582 ölüm faktı düşür. Koronavirus bəlası son 2 ilin ən çox adı hallanan xəstəliyi olsa da, Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlıyın infeksiya ilə heç bir əlaqəsi yoxdur. Bəs hansı xəstəlikdir daha çox ölümə səbəb olan?

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, 2020-ci ildə ölkəmizdə əvvvəlki illə müqayisədə 20 min daha çox insan dünyasını dəyişib. Dövlət Statistika Komitəsindən bildirilir ki, rekord artıma və rekord saya səbəb olan hadisələrdən biri ötən il ölkəmizdə də qeydə alınan koronavirus infeksiyasıdır.

Ölkəmizdə 2020-ci ilin hər günündə ort hesabla 207 insa ölüb. Ölüm hallarının 31 mindən çoxu ilin birinci yarısında olub. Koronavirusun vüsət aldığı və müharibənin də yaşandığı ikinci yarısında isə təqribən 44 min insan dünyasını dəyişib. Təəssüf ki, ölüm statistikasındakı artım bu ilin ilk 6 ayında da qeydə alınıb. Bu ilin ilk 6 ayında 37 mindən çox insan ölüb ki, bu da ötən ilin analoji dövründən təqribən 6 min fakt çoxdur. Bəs insanlar daha çox hansı xəstəliyə can verir, ölüm hallarını artıran əsas xəstəlik hansıdır?

2020-ci ildə qan xəstəliklərindən 41 mindən çox insan dünyasını dəyişib ki, bu da 2019-cu illə müqayisədə 9 min ölüm faktı çoxdur. Rəqəmlər onu göstərir ki, həmişə həm Azərbaycanda, həm də dünyada insan öldürən əsas xəstəlik sayılan qan dövranı xəstəliyi 2020-ci ildə daha da kəkinləşib. 


Etiketlər:  Azərbaycanda ölüm halları artıb Hansı xəstəlik ömrümüzün əzrayılına çevrilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ