Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2021 19:08
Fransanın "Lion" klubunun yeni transferi Jerom Boatenqin məhkəməsi keçirilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunan 33 yaşlı müdafiəçi 1,8 milyon avro cərimələnib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Qeyd edək ki, 2010-2021-ci illərdə "Bavariya"da çıxış edən Boatenq Almaniya millisində 76 oyun keçirib. Müdafiəçi bir neçə gün əvvəl Fransanın "Lion" klubuna transfer olunub.