Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tesla avtopilotunun iştirakı ilə növbəti qəza baş verib

Tesla avtopilotunun iştirakı ilə növbəti qəza baş verib

Tarix: 11 Sentyabr 2021 08:16

ABŞ-da Tesla elektromobilinin iştirakı ilə növbəti yol-nəqliyyat qəzası baş verib. Bu dəfə hadisə Florida ştatının Orlando şəhərində baş verib. Məlumata əsasən yol polisləri öz avtomobillərini yol kənarında saxlamışdılar ki, avtomobilində nasazlıq yaranmış vətəndaşa yardım etsinlər. Müəyyən müddətdən sonra isə polis avtomobilinin sol hissəsinə Tesla elektromobili dəyib. Lakin qəzanın baş verməsindən sonra Tesla elektromobili öz hərəkətini dayandırmayıb və adi vətəndaşın nasaz avtomobilinə də dəyib. Baş vermiş yol-nəqliyyat qəzası nəticəsində Tesla-nın sürücüsü və avtomobili nasaz olmuş şəxs yüngül travmalar əldə ediblər. Polislər zərər çəkməyiblər.

Hadisənin günahkarı olan Tesla sürücüsü bütün günahı elektromobilin avtopilot sisteminin üzərinə atır. Lakin onun sözlərini hələ ki, nə sübut nə də ki, təkzib etmək mümkün deyil. Adətən bu cür hadisələrin sonunda sürücülər bütün günahı avtopilot sisteminin üzərinə atırlar. Lakin bir çox halda sonradan məlum olur ki, əslində günah sürücünün özündə olub. Qeyd etmək lazımdır ki, Tesla dəfələrlə qeyd edib ki, onun elektromobillərində olan avtopilot sistemi 5-ci səviyyəli avtopilot sistemi deyil. Buna görə də avtopilot sisteminin aktiv olduğu halında da sürücülər yola nəzarət etməli və əllərini elektromobil sükanından ayırmamalıdırlar.


Etiketlər:  Tesla avtopilotunun iştirakı ilə növbəti qəza baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ