Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 11:20
Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:
"Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalında ali məktəblərə qəbul olan bütün tələbələri ürəkdən təbrik edirəm. Xeyirli və uğurlu olsun".
Qeyd edək ki, Xalq artistinin 3 qız övladı da var.