Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 23:34
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir.
Sonxeber.net bildirir ki, bakupost.az-a bu barədə məlumatlı mənbədən məlumat verilib.
Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib. "Dəqiqləşdirib deyərəm" kəlməsi ilə kifayətlənib.
Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.