Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 11:00
"Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağırdır".
Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya sənətçinin həyat yoldaşı Aynur Zurufçu məlumat verib:
"Yaqubun vəziyyəti yaxşı deyil, həkimlər ümidverici heç nə demir. Yaqubun əvvəllər böyrəklə bağlı hər hansı problemi olmayıb. Bu, koronavirusun fəsadıdir".
Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu dərhal "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini stabil ağır olaraq qiymətləndirirlər.
Qeyd edək ki, Y.Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.