Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 16:26
Çex Respublikasının Prezidenti Miloş Zeman Praqada Mərkəzi Hərbi Xəstəxanaya yerləşdirilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun həyat yoldaşı İvana da xəstəxanaya gəlib.
Xəstəxanadan Zemanın yerləşdirilməsi ilə bağlı məlumat təsdiqlənib. Bunun uzunmüddətli ola biləcəyi də istisna edilməyib.
76 yaşlı Zeman nevropatiyadan əziyyət çəkir və eyni zamanda şəkərli diabetdən müalicə olunur. Bu ilin aprel ayında o əlil arabasında hərəkət etmək məcburiyyətində qaldığını açıqlayıb.
2013-cü ildə prezident seçilən Zeman beş ildən sonra, 2018-ci ildə yenidən beş illik müddətə ölkə başçısı seçilib.