Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2019 12:44
“Barselona”nın yarımmüdafiəçisi Koutinyo rəsmən “Bavariya”ya keçib.
Qol.az xəbər verir ki, bu haqda Münhen klubunun saytı məlumat yayıb. 27 yaşlı futbolçu 2019-20 mövsümünü icarə əsasında alman klubunda keçirəcək.
O, dünən tibbi müayinədən uğurla keçib. “Bavariya”nın mövsüm yekunlaşandan sonra Koutinyonu birdəfəlik almaq hüququ olacaq. Transferin maliyyə tərəfləri haqda açıqlama verilməyib.
Almaniya mətbuatı isə yazıb ki, “Bavariya” icarə müqaviləsinə görə Kataloniya klubuna 20 milyon avro təzminat ödəyib. Futbolçunu birfədəlik almaq üçün qiymət isə 120 milyon avrodur.