Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2021 23:34
Doğma vətənlərindən qaçmağa məcbur olmuş 2600-ə yaxın əfqan yaxın vaxtlarda Almaniyada daimi yaşayış yeri alacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı Almaniya Federal Daxili İşlər Nazirliyi elan edib. Belə vizalar ilk növbədə Əfqanıstanda yaşamaları təhlükəli olan və NATO qüvvələrinin təxliyəsi ilə eyni zamanda ölkədən qaçmış hüquq müdafiəçilərinə, rəssamlara, alimlərə, jurnalistlərə və başqalarına veriləcək. Bu şəxslərə daimi yaşayış yeri verilməsi o deməkdir ki, onlar və ailə üzvləri Aİ məkanında olmalarını leqallaşdıra biləcəklər. İndi belə şəxslərin sığınacaq almaq barədə ərizə ilə müraciət etmələri də lazım gəlməyəcək.
Xatırladaq ki, Bundesverin hərbi hava qüvvələrinin təxliyə reysləri ilə Əfqanıstandan Almaniyaya 4587 nəfər, o cümlədən 3849 əfqan və 403 Almaniya vətəndaşı gətirilib. Müdafiəyə ehtiyacı olanlar arasında Bundesverin və digər Almaniya müəssisələrinin sabiq yerli əməkdaşları da var.