Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 11:44
Rusiyanın "Ovçu" PUA-sı Moskvanın Vaşinqton səması üzərində hakimliyini göstərir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə italyan nəşri "Lanti Diplomatiko" yazır.
Məqalə müəllinin sözlərinə görə, sözügedən aparatlar gələcək müharibənin şərtlərini diktə edəcək.
Bildirilib ki, ən gizli texnologiyalarla təchiz edilmiş PUA-lar tezliklə masir qırıcılarla bərabər səviyyədə hərəkət edəcək:
"Rusiyalı PUA istehsalçıları ABŞ-da ciddi narahatlıqla qarşılanır. Görünür, ABŞ-ın səmada hakimliyi sona çatır. Rusiya, həmçinin Çin irəli addımlayır və dayanmır".