Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərenerji”nin əməkdaşını cərəyan vuraraq öldürüb

“Azərenerji”nin əməkdaşını cərəyan vuraraq öldürüb

Tarix: 17 Sentyabr 2021 09:40

Sentyabrın 16-sı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər Prokurorluğundan Sonxeber.net-a verilən məlumatına görə, "Azərenerji" ASC-nin Gəncə Qərb Regional Enerji Təchizatı və Satışı idarəsində usta vəzifəsində işləyən İlyas İsmayılov qeyd edilən yarımstansiyada təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  Azərenerjinin əməkdaşını cərəyan vuraraq öldürüb


RƏYLƏR