Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2021 13:26
Özbəkistan cüdo millisinin üzvü Kamoliddin Rasulov qətlə yetirilib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, 29 yaşlı idmançı bıçaqlanıb. Hadisə Özbəkistanın paytaxtı Daşkənddə baş verib.
İlkin araşdırmalara görə, onu başqa bir idmançı qətlə yetirib.
Qeyd edək ki, Kamoliddin Rasulov 2012-ci ildə sambo üzrə dünya çempionu olub. O, həmçinin dünya çempionatının qızıl medalına sahib çıxıb.