Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2021 15:32
Erməni telegram kanalları Gorus-Qafan yoluna alternativ kimi göstərilən Qafan-Tatev-Şınuayr yolunda yaşanan bərbad vəziyyəti əks etdirən kadrlar yayımlayıblar.
Sonxeber.net xəbər verir ki, bu yol açıldıqdan sonra İran maşınlarından ibarət uzun növbə və tıxaclar yaranıb. Kadrlarda İrana məxsus yük maşının yolu hər iki tərəfdən bağladığı görünür.
Polis, inşaat işçiləri və erməni jurnalistlərdən ibarət çəkiliş qrupu müdaxilə etdikdən sonra yanacaq daşıyan maşın kənara aparılıb. Hazırda yol aktiv şəkildə asfaltlanır və genişləndirilir. Beləliklə də, əsas yolda hərəkət edən İran maşınları - Azərbaycana dövlət rüsumu ödəmək istəməyən avtomobil sahibləri pullarını qırılan ehtiyat hissələrinə və təkər almağa verəcəklər.
Kamran Seyidov