Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın haqqına girmək istəyənlər DEŞİFRƏ OLDU

Azərbaycanın haqqına girmək istəyənlər DEŞİFRƏ OLDU

Tarix: 17 Sentyabr 2021 17:36

Keçən il Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. Azərbaycanın adı bu hesabatın reytinq sıralamasında "Doing business" hesabatında adətən yüksək nəticələr göstərirdi. Doing Business 2018 və 2020-ci il hesabatlarında Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən alınan məlumatlar uyğunsuz olaraq dəyişdirildiyinə görə növbəti nəşrini dayandırır. Halbu ki,"Doing Business 2021" hesabatı ötən ilin oktyabrına kimi yayımlanmalı idi. Lakin, Dünya Bankı Qrupu (DBQ) onun nəşrini dayandırmağa və "saxtakarlıq faktlarını" araşdırmağa qərar vermişdi.

DBQ qeyd etmişdi ki, 2017 və 2019-cu illərdə yayımlanan "Doing Business 2018" və "Doing Business 2020" hesabatlarında adı sadalanan ölkələr üzrə məlumatların dəyişdirilməsi ilə bağlı bir sıra pozuntular var. Belə ki, DBQ son beş ilin hesabatları üçün məlumat dəyişikliklərinin sistematik bir şəkildə nəzərdən keçirilməyi və qiymətləndirilmə aparmağı planlaşdırsa da Dünya Bankı "Doing Business" hesabatlarının nəşrini tamami ilə dayandırmaq barədə qərar verdi. Bununla da Dünya Bankı bundan sonra müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək. Bu gün Dünya Bankının öz Direktorlar Şurasının adından təqdim etdiyi Doing Business barədə bütün məlumat və məruzə, o cümlədən əvvəlki icmal və auditlər öyrənildikdən sonra Dünya Bankının rəhbərliyi Doing Business hesabatının (dərcinin - red.) dayandırılması qərarını verib. Nəticədə biz işgüzar və investisiya iqliminin qiymətləndirilməsinə dair yeni yanaşma üzərində işləyəcəyik", - məlumatda deyilir.

Bəli, yalan, ayaq tutdu, yerimədi, yalanın ömrü az olar kimi məsəllər bu yerdə yerinə düşür. Çünki plan üzrə daxili audit məlumatların yenidən toplanaraq, onların bazasında müvafiq düzəlişlər ediləcəyi planlaşdırılırdı ki, çox böyük ehtimalla bu düzəliş Azərbaycanın da reytinqinin pisləşməsinə gətirib çıxaracaqdı. Amma Azərbaycana qarşı növbəti məkirli plan doğulmadan boğuldu.

Dünya mətbuatı aparılan diaqnostik qiymətləndirmələr zamanı bank rəhbərliyinin bəzi ölkələrin (burada Çin nəzərdə tutulur) xeyrinə nəticələrin süni formada yüksəldilməsi göstərişi verdiyini qeyd edir. Hətta dünyanın aparıcı mətbu orqanları Azərbaycanda aparılan islahatların "Doing Business" hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığından yazır. 

Məlumatların doğru əks olunmadığı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə olaraq Azərbaycanın göstəricilərinin süni olaraq qurum tərəfindən azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə üzə çıxmadığı məlum odu. Azərbaycana qarşı qərəzli münasibətin və ölkənin reytinqinin süni formada azaldılmasında hesabatın yaradıcılarından Simeon Dyankovun xüsusi neqativ rolu olduğu qeyd olunur.

Son aparılan araşdırmalar onu göstərmişdir ki, əgər Dünya Bankı tərəfindən 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı Azərbaycan daha 6 pillə ön reytinqdə qərarlaşacaqdı. Və beləcə audit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla 34-dən 28-ci mövqeyə yüksəlmiş sayılır.  

Dünya mətbuatında daha öncə də Doing Business hesabatlarında bir sıra hallarda ölkələrə qərəzli yanaşılması barədə fikirlər əks olunmuşdur. Amma Azərbaycanı da qurban etmək istədikləri saxtarlıq əməlindən sonra bizə belə halın təkrar edilməyəcəyinə ümid bəsləmək qalır. Çünki Azərbaycanda hər zaman Dünya Bankı ekspertlərinin qəbul etdikləri bir sıra islahatlar həyata keçirilib. Dünya Bankının müxtəlif ölkələrdə biznesə başlama və biznesin inkişafı üçün mühiti qiymətləndirən bu cür hesabatlarında iştirak heç şübhəsiz ki, Azərbaycan üçün də olduqca maraqlı və irəliləyişlərin əldə olunacağını gözlədiyi indikatorlar baxımından çox əhəmiyyətlidir. 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanın haqqına girmək istəyənlər DEŞİFRƏ OLDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ