Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2019 18:04
Xorvatiya millisinin və "Beşiktaş"ın futbolçusu Domaqoy Vida zədələnib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Türkiyə Superliqasının 1-ci "Sivasspor"la matçda (0:3) ayağında ağrı hiss edən 30 yaşlı müdafiəçi İstanbul klubunun bugünkü məşqini buraxıb. Onun tibbi müayinədən keçəcəyi bildirilib. Bundan sonra Vidanın zədəsinin ciddi olub-olmadığı müəyyənləşəcək.
Qeyd edək ki, Xorvatiya millisi “Avro-2020”nin seçmə mərhələsində sentyabrın 6-da Trnavada Slovakiya, sentyabrın 9-u Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq. Vida sözügedən oyunlar üçün milliyə çağırılıb.