Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağsuda "NİVA" 4 yaşlı qızı vurub öldürdü

Ağsuda

Tarix: 19 Avqust 2019 19:09

Bakı. Samir Əli - Trend:

Ağsu rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Rayon sakini Hacıyev Ehtiram Balaşah oğlu idarə etdiyi "NİVA" markalı 90 HT 804 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sağdan sola yolu keçmək istəyən rayon sakini, 2015-ci il təvəllüdlü Məmmədova Nəzrin Elimağa qızını vurub.

Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Ağsuda NİVA 4 yaşlı qızı vurub öldürdü


RƏYLƏR