Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi yenə qol vura bilmədi, “Real” qələbə qazandı, Turində sülh oldu - VİDEO

Messi yenə qol vura bilmədi, “Real” qələbə qazandı, Turində sülh oldu - VİDEO

Tarix: 20 Sentyabr 2021 12:12

Avropada bir neçə maraqlı matç yekunlaşıb. 

İtaliya çempionatında dördüncü turun mərkəz qarşılaşması baş tutub. "Yuventus"la "Milan qarşılaşıb. Hesab 1:1 olub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İspaniya çempionatının beşinci turunda isə "Real" (Madrid) səfərdə "Valensiya"nın qonağı olub. "Kral" klubu matçın sonuna 5 dəqiqə qalmış iki qol vuraraq əzmkarcasına qələbə qazanıb - 1:2. 

Messili PSJ isə Fransa çempionatının altıncı turunda "Lion"la qarşılaşıb. Messi qol vurmasa da, komandası qələbə qazanıb - 2:1.

Oyunun diqqət çəkən məqamı isə PSJ-nin baş məşqçisi Poçettinonun matçın 76-cı dəqiqəsində Messini əvəzləməsi olub. Bu addım futbolçunun qəzəbinə səbəb olub. 

Milli.Az


Etiketlər:  Messi yenə qol vura bilmədi Real qələbə qazandı Turində sülh oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ