Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sakramentodakı Kaliforniya universitetinin COVID-19-a qarşı peyvənd vurulmamış tələbələrini məşğələlərdən uzaqlaşdırırlar

Sakramentodakı Kaliforniya universitetinin COVID-19-a qarşı peyvənd vurulmamış tələbələrini məşğələlərdən uzaqlaşdırırlar

Tarix: 20 Sentyabr 2021 21:38

Sakramentodakı Kaliforniya universitetinin yüzlərlə tələbəsi universitet şəhərciyinə daxil ola bilmir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2.200 tələbə və ya bu il qəbul edilmiş tələbələrin 7 faizi, vaksinlənmənin son müddətinə (bu müddət sentyabrın 13-də bitib) riayət etmədiklərinə görə onların universitet kampusuna daxil olmaları qadağan edilib.

Universitetin press-relizində göstərilir ki, sentyabrın 15-dək 25.488 tələbə və ya bu il qəbul edilmiş 31.500 tələbənin 81 faizi COVID-19-a qarşı peyvənd vurulması haqqında sertifikat təqdim edib. Vaksin vurulmasını təsdiq edən sənədin təqdim edilməsinin son müddəti sentyabrın 13-də bitib.

Universitetin rəsmi nümayəndələri bildiriblər ki, 1.070 tələbə və ya bu il qəbul edilmiş tələbələrin 3 faizi peyvənd vurulması haqqında tələbdən dini motivlər əsasında azad edilmək barədə ərizə verib; 2.531 tələbə (8 faiz) universitet şəhərciyinin ərazisinə daxil olmamağa söz verib; daha 205 tələbə (0,06 faiz) peyvənd vurulması haqqında tələbdən tibbi səbəblərdən azad edilmək barədə ərizə verib. Press-relizdə göstərilir ki, vaksinlənmədən azad olmalarını bildirən tələbələr həftədə iki dəfə COVID-19 testi keçməlidirlər.

Universitet şəhərciyinə daxil olmaları qadağan edilmiş tələbələr təhsil müəssisəsinin əyani məşğələlərində, əyani proqramlarında və bütün təcrübələrdə iştirak edə bilməyəcəklər, amma onların universitet tərəfindən keçirilən istənilən virtual məşğələlərdə iştirak etmələrinə icazə veriləcək.


Etiketlər:  Sakramentodakı Kaliforniya universitetinin COVID qarşı peyvənd vurulmamış tələbələrini məşğələlərdən uzaqlaşdırırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ