Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur rejissordan möhtəşəm film gəlir - FOTO

Məşhur rejissordan möhtəşəm film gəlir - FOTO

Tarix: 21 Sentyabr 2021 10:20

Bu mövsümün ən çox gözlənilənləri siyahısında olan "Dune" filminin rejissoru Deni Vilnev film barədə və özünün gələcək planlarından danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Filmdə bəşəriyyətin gələcəyi olduqca qaranlıq göstərilib. Rejissorun fikrincə, apokalipsisin qarşısını almaq üçün insanlar ekstremal kapitalizmdən və təbii sərvətlərdən sui-istifadədən imtina etməlidirlər.

Vilnev "Dune 2" filminin çəkilmə ehtimalını da yüksək qiymətləndirib. Onun sözlərinə görə, Frank Herbert tərəfindən yazılmış birinci kitabın sonuna çatmaq arzusunda olub, buna görə də hekayəni qadığı yerdən davam etdirmək üçün səbirsizliklə gözləyir.

"Dune 2"dən sonra Vilnev daha bir genişmiqyaslı layihə hazırlayıb. O, Kleopatra və onun dövrü haqqında film çəkməyi planlaşdırır.

"Mən bunu çoxdan düşünmüşəm və həyata keçirməyin mümkün olacağı anı gözləmişəm. Ümid edirəm ki, tezliklə bu fürsəti əldə edə biləcəm", - deyə rejissor sözlərini yekunlaşdırıb.

Milli.Az


Etiketlər:  Məşhur rejissordan möhtəşəm film gəlir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ