Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanın məkri: Geri çəkilir, separatçıları rus qucağına itələyir...

İrəvanın məkri: Geri çəkilir, separatçıları rus qucağına itələyir...

Tarix: 22 Sentyabr 2021 11:32

İrəvan Xankəndidəki separatçılara sosial-iqtisadi dəstəyi saxlasa da, siyasi təmasları minimuma endirir: bunun birdən çox səbəbi mümkündür.

- Ermənistan hakimiyyəti bölgədə kommunikasiyanın açılması, Türkiyə ilə münasibətlərin normallaşması fonunda Bakını qıcıqlandırmaqdan çəkinir: "sülh müqaviləsi" ilə bağlı danışıqlarda Qarabağın "statusu"nun ümumiyyətlə müzakirə edilmədiyinə dair məlumatlar var;

- Paşinyan hakimiyyəti Xankəndidəki separatçıları Rusiyanın qucağına itələyir və bununla problemdən yaxasını qurtarmağa çalışır.

Ermənistanın tərəf kimi bölgədən çıxmasının mümkün nəticələri nə ola bilər?

Birincisi, Rusiya tərəfə çevrilə və rus sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərində Moskvanın təhlükəli ssenariləri, xüsusilə "etnik münaqişə" kartı davamlı risklər yarada bilər;

İkincisi, Rusiya tərəf olsa da, bölgədə güc balansı ikinin birə - Bakı-Ankara və Moskva - dəyişir; bu balans qarşısında ruslar anlaşmağa daha meyilli ola bilər.

Sərhədlərin delimitasiya-demarkasiya prosesinin başa çatması Qarabağa tam nəzarət məsələsində də Bakının əlini gücləndirəcək amildir.

Asif Nərimanlı


Etiketlər:  İrəvanın məkri Geri çəkilir separatçıları qucağına itələyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ