Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2019 10:36
"Sabah"dan ayrılan Marko Deviçin yeni klubu müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, 36 yaşlı hücumçu karyerasını Serbiya Superliqasında çıxış edən "Vozdovaç"da davam edəcək. Bu barədə klubun saytı məlumat yayıb.
O, 2004-2005-ci illərdə də "Vozdovaç"da oynayıb.
Qeyd edək ki, M.Deviç ailə vəziyyəti ilə bağlı bu yay “Sabah”dan ayrılıb. Deviç Bakı klubunun Premyer Liqada ilk qolunun müəllifidir. O, 2018/19 mövsümündə komandanın bombardiri olub (21 oyun, 8 qol).