Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Marko Deviçin yeni klubu - rəsmi

Marko Deviçin yeni klubu - rəsmi

Tarix: 20 Avqust 2019 10:36

"Sabah"dan ayrılan Marko Deviçin yeni klubu müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, 36 yaşlı hücumçu karyerasını  Serbiya Superliqasında çıxış edən "Vozdovaç"da davam edəcək. Bu barədə klubun saytı məlumat yayıb.

O, 2004-2005-ci illərdə də "Vozdovaç"da oynayıb.

Qeyd edək ki, M.Deviç  ailə vəziyyəti ilə bağlı bu yay “Sabah”dan ayrılıb. Deviç Bakı klubunun Premyer Liqada ilk qolunun müəllifidir. O, 2018/19 mövsümündə komandanın bombardiri olub (21 oyun, 8 qol).

 


Etiketlər:  Marko Deviçin yeni klubu rəsmi


RƏYLƏR