Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 16:50
Xəbər verdiyimiz kimi, erməni mənbələrinin yaydığı məlumata görə, sentyabrın 21-də Azərbaycan hərbçiləri Respublikamızın Xocavənd rayonunun Cütçü kəndi yaxınlığındakı qədim xristian türk babalarımıza məxsus olmuş Amaras məbədi üzərindən separatçı erməni rejiminin əski parçasını yığışdırmağı tələb ediblər.
Hadisə yerinə gələn Rusiya sülhməramlılarının(?) adı çəkilməyən generalı isə Azərbaycanın hüquqi-inzibati ərazisindəki məbədimizin üzərinə separatçı rejimin əski parçası yerinə Ermənistan bayrağının asılmasını əmr edib.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, erməni mediasının yaydığı yeni məlumata görə, qondarma separatçı rejimin qanunsuz "qanunverici orqanı"nın "Ədalət" fraksiyasının "deputat"ı sayılan Metaks Akopyan Ermənistanın "Factinfo" nəşrinə sentyabrın 21-də fraksiya həmsədri və üç "deputat"la birgə bəhs edilən Cütçü kəndində olduğunu bildirib.
M. Akopyanın sözlərindən məlum olur ki, erməni sakinlər "GPS" köməyi ilə irəliləyən Azərbaycan hərbçilərinin əslində "sərhədi" keçdiklərini və Amaras məbədi üzərindəki əski parçasının yerinə Azərbaycan bayrağı sancdıqlarını söyləyiblər.
Ermənilər rus sülhməramlılarına üz tutduqdan sonra guya onlar azərbaycanlıları əvvəlki mövqelərinə geri çəkilməyə vadar ediblər.
"Bunun azərbaycanlıların tələbi olub-olmadığını bilmirəm, amma Rusiya tərəfi Artsax bayrağını götürməyi və bu qədər vacibdirsə, onun yerinə Ermənistan bayrağını taxmağı təklif edib" -deyə erməni "deputat" əlavə edib.
M.Akopyan sonda Azərbaycan bayrağının yerində qaldığını, yoxsa Ermənistan bayrağıyla əvəzləndiyini dəqiq açıqlamayıb...
Bu arada Caliber.az-ın dünən gecə yaydığı məlumata görə, hazırda Amaras məbədi üzərində heç bir bayraq yoxdur.