Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nişanlısı ilə gəzintiyə çıxdıqdan sonra itkin düşdü, cəsədi tapıldı

Nişanlısı ilə gəzintiyə çıxdıqdan sonra itkin düşdü, cəsədi tapıldı

Tarix: 23 Sentyabr 2021 18:55

Nişanlısı ilə ABŞ-da gəzintiyə çıxdıqdan sonra sosial media fenomeni Qabbi Petito itkin düşüb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bir müddətdir axtarışları davam edən fenomenin cansız bədəni tapılıb. Polisin apardığı ilkin araşdırmalara görə, Qabbi cinayət qurbanı olub.

Ailəsi sentyabrın 11-dən onun itməsi ilə bağlı polisə müraciət edib. Bunun ardından fenomeni sonuncu görən nişanlısı Brayn Laundri axtarış işlərində yardımçı olmaqdan imtina edib və bir müddət sonra isə yoxa çıxıb.

Qeyd edək ki, avqustda şahidlər cütlüyün dava etdiyi ilə bağlı polisə müraciət etmişdi. Braynın Qabbiyə sillə vurduğu bildirilib. Sorğu zamanı Qabbi nişanlısının onu bilərək incitmədiyini, psixoloji problemlər yaşadığını bildirmişdi.


Etiketlər:  Nişanlısı ilə gəzintiyə çıxdıqdan sonra itkin düşdü cəsədi tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ