Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meqanın 400 minlik aksesuarları - FOTOlar

Meqanın 400 minlik aksesuarları - FOTOlar

Tarix: 24 Sentyabr 2021 14:40

Şahzadə Harri ilə həyat yoldaşı, aktrisa Meqan Markl qızları Lilibet dünyaya gəldikdən sonra ilk dəfə ictimaiyyət arasında görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük Nyu-Yorkda təşkil olunan rəsmi mərasimə qatılıb. Daim geyimləri və taxdığı aksesuarları ilə maraq oyadan Meqanın ümumi dəyəri 400 min dollardan çox olan üzükləri, saatı diqqətdən yayınmayıb.

Xarici KİV-də yer alan məlumata görə, almaz üzük Yaxın Şərqdən naməlum bir sponsor tərəfindən Meqana bağışlanıb. Aktrisanın digər barmağına taxdığı üzük isə 372 min dollar dəyərində idi. Eyni zamanda, o, Harrinin bir başqa hədiyyəsini də taxmağı unutmamışdı.

Qolundakı qızılı saatın isə şahzadə Diannanın olduğu və Harri tərəfindən ona bağışlandığı bilinir. Qiyməti 24 min dollar olan saatın hazırkı dəyəri daha çoxdur. Meqan imicini 16 min dollarlıq "Cartier" sırğaları ilə tamamlayıb.

Milli.Az


Etiketlər:  Meqanın 400 minlik aksesuarları FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ