Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

“Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

Tarix: 20 Avqust 2019 13:44

“Qarabağ”ın Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirdiyi “Azərsun Arena” təmirə bağlanır.

Bu haqda Qol.az-a klubun baş meneceri Asif Əsgərov məlumat verib. O deyib ki, arenanın ot örtüyünün dəyişdirilməsi və digər texniki işlərlə əlaqədar avqustun sonu, sentyabrın əvvəlindən stadion təmirə dayanacaq.

Ot ortüyündəki işlərin bu il noyabrın ortalarına qədər başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində isə komanda ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Qeyd edək ki, “Qarabağ” avqustun 25-də “Qəbələ” ilə Premyer Liqa oyununu “Azərsun Arena”da keçirəcək. Daha sonrakı ev matçları isə “Tofiq Bəhramov”da olacaq.

 


Etiketlər:  Azərsun Arena təmirə bağlanır Qarabağ harada oynayacaq


RƏYLƏR