Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azıx mağarası dünyanın DİQQƏTİNDƏ

Azıx mağarası dünyanın DİQQƏTİNDƏ

Tarix: 24 Sentyabr 2021 17:30

Azərbaycan ərazisində yerləşən Azıx mağarasında beynəlxalq səviyyədə tədqiqatlar aparılması gözlənilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev məlumat verib.

O, hazırda Türkiyənin Şanlıurfa şəhərində keçirilən, 2023-cü ildə baş tutacaq "Daş təpələr" (Göbəklitəpə) neolit dövrünə həsr olunacaq beynəlxalq konfransın təqdimatında iştirak edir.

"Azıx mağarası elmi mahiyyətinə görə YUNESKO-nun mədəni irs siyahısına daxil olmağa layiq abidədir. Bu abidənin unikallığı haqqında dünya ictimaiyyətində kifayət qədər məlumat var. 1970-1980-ci illərdə Azərbaycan və ümumilikdə SSRİ arxeoloqlarının onun tədqiq edilməsində iştirak edib. Bizim əsas fikrimiz budur ki, gələcəkdə Azıxdakı tədqiqatlar beynəlxalq səviyyədə aparılsın. Artıq bir neçə ölkədən təklif var. Xüsusilə də Yaponiyanın Tokio Universiteti bu abidə ilə çox maraqlanır. Biz Azərbaycan qanunlarına hörmət edən, ərazi bütövlüyümüzü tanıyan bütün tədqiqatçılarla əməkdaşlıq etməyə hazırıq. Çünki o abidənin unikallığı təkcə Azərbaycan üçün yox, bütün dünya üçün önəmlidir", - deyə F.Quliyev məlumat verib.

Milli.Az


Etiketlər:  Azıx mağarası dünyanın DİQQƏTİNDƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ