Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2021 10:08
ABŞ əsgəri Nyu-Meksiko ştatında yerləşən hərbi bazada müvəqqəti saxlanılan bir qrup əfqan qaçqının hücumuna məruz qaldığını iddia edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə obyektin komandirləri bildiriblər.
"Təsdiq edə bilərik ki, bir qadın hərbi qulluqçu 19 sentyabrda Nyu-Meksikodakı Donya Ana kompleksində təxliyə olunmuş və kişilərdən ibarət kiçik qaçqın qrupu tərəfindən hücuma məruz qalması barədə məlumat verib", - deyə məlumatda qeyd olunub.
İnsidentin araşdırılması ilə FTB məşğuldur, təfərrüatlar barədə hələlik açıqlama verilməyib. Komandanlıq zərərçəkmişə dərhal lazımi yardım göstərildiyini və bazada təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.