Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millinin Rusiya təklifini Pentaqon rədd etdi

Millinin Rusiya təklifini Pentaqon rədd etdi

Tarix: 25 Sentyabr 2021 11:56

ABŞ və Rusiya arasında hərbi əlaqələr siyasi səbəblərdən hələ də məhduddur, lakin təmaslar qalmaqdadır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Con Kirbi deyib.

"Rusiyanın Ukraynadakı təcavüzkar siyasəti ilə bağlı Pentaqon siyasi və hüquqi səbəblərdən hərbi əməkdaşlığı dayandırıb. Əminəm ki, general Milli bu məhdudiyyətləri yaxşı anlayır. Lakin anlaşılmazlığın və konfliktli situasiyaların həlli üçün hərbi təmaslar davam etdirilir", - deyə Kirbi bildirib.

Qeyd edək ki, ABŞ Baş Qərargah rəhbəri Mark Milli Rusiya ilə hərbi əlaqələrin genişləndirilməsi məsələsinin nəzərdən keçirilməsi gərəkdiyini bildirmişdi.


Etiketlər:  Millinin Rusiya təklifini Pentaqon rədd etdi


RƏYLƏR