Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2021 11:22
Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatının yaraqlıları ordu karvanını pusquya salaraq 30 əsgəri öldürüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli "Vanguard" nəşri yazıb.
Hadisə Borno əyalətinin Marte-Dikva bələdiyyəsinin ərazisində baş verib.
Hərbi yük maşınlarına hücum qumbaraatanlardan atəş açmaqla edilib.
Əvvəəlcə 16 əsgər ölüb, sonradan bu rəqəm 30-a yüksəlib. İtkin düşənlər var.
Qeyd edək ki, Boko Haram təşkilat olaraq 2002-ci ildə Nigeriyanın Borno əyalətində yaradılıb.
Hədəfləri Nigeriyada hakimiyyəti ələ keçirməkdir. 2009-cu ildən bəri aktiv terror fəaliyyətinə başlayıb.