Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2021 23:04
"Suriya Demokratik Qüvvələri" (SDQ) kürd-ərəb birləşmələrinin döyüşçüləri Suriyanın şimal-şərqindəki Əl-Haseke əyalətində bir məktəbdən 15 müəllimi qaçırıblar.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Suriyanın "SANA" agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, SDQ döyüşçüləri Kamışlı şəhərinin bir neçə yaşayış massivinə basqın edərək 15 məktəb müəllimini şəhərdə tətbiq olunan komendant saatını pozduqları bəhanəsi ilə naməlum istiqamətə aparıblar.
Qeyd edək ki, kürd silahlı birləşmələri ABŞ ordusunun dəstəyi ilə Əl-Haseke və Rəqqa əyalətlərinin əksəriyyətinə, həmçinin Hələb və Deyr-əz-Zor əyalətlərində bəzi yaşayış məntəqələrinə nəzarət edir.