Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2021 23:57
Fiziki iş zamanı hər hansı bir narahatlıq, sinədə ağrı və bir müddət boğulma hissi ürək -damar xəstəliklərinin xəbərçisi ola bilər. Bu simptomlar kardioloqa müraciət etmək üçün ciddi səbəblərdir.
Sonxeber.net xəbər verir ki, bu barədə rusiyalı kardioloq Zaur Şuquşev eyib: "İlk simptomlar bunlardır: kürəkdə, döş qəfəsi ortasında və ya sol tərəfdə ağrı.
İkinci simptom da gözardı edilə bilməz. İsti otaqdan soyuğa çıxarkən boğulma hiss edə bilərsiniz, sanki kimsə boğazından tutur və ya oksigeni kəsir. Və bu hiss bir dəqiqədən beş dəqiqəyə qədər davam edir.
Üçüncü əlamət isə fiziki iş zamanı döş qəfəsində yaranan hər hansı bir narahatlıqdır. Məsələn, pilləkənlərə qalxanda və ya ağır iş görürsünüzsə. Sadalanan ağrılardan ən azı biri varsa, həkimə müraciət etməlisiniz". (publika.az)