Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 09:48
Almaniyada yeni hökumət qurmaq son dərəcə çətin olacaq. Almaniyanı bu çətin dövrlərdə idarə edə biləcək praqmatistlər uzaqlaşdırılır. Yaşıl ideoloqlar və onları əyləndirənlər hakimiyyətə gələcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Bundestaqda seçkinin ilkin nəticələrini şərh edən alman siyasətçisi Valdemar Qerdt deyib.
"Sürprizlər olmadı. "Almaniya üçün Alternativ" partiyası, hakim koalisiyaya etiraz potensialını nəzərə alsaq, 25-35 faiz səs qazanmalı idi. Birbaşa manipulyasiyanı istisna etmirəm. Seçkilərdən sonra poçt və birbaşa səsvermə ilə verilən səslərin sayını təhlil edərik",- deyə o, vurğulayıb.
Qeyd edək ki, sentyabrın 26-da keçirilən səsvermənin nəticələrinə görə, daha 4 illik bir hökumət qurulacaq və 16 il Almaniya Nazirlər Kabinetinin rəhbəri vəzifəsində çalışan Angela Merkelin yerinə kansler təyin ediləcək.