Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 15:46
Hollandiya baş naziri Mark Rüttenin mühafizəsi gücləndirilib.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, buna səbəb hökumət başçısının ünvanına daxil olan hədələrdi.
Belə ki, 2010-cu ildən hökumətə başçılıq edən Rütte işə adətən mühafizəçisi olmadan, velosipedlə gedir. Amma nazirin narkotik ticarəti ilə məşğul olan Mərakeş mafiyası tərəfindən izlənilməsi xəbərindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.
Polis orqanları onun oğurlanması ehtimalını yüksək qiymətləndirir.