Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sonra bədəni bərpa edən şirələr - Nə içməli?

Koronavirusdan sonra bədəni bərpa edən şirələr - Nə içməli?

Tarix: 27 Sentyabr 2021 22:24

Ekspertlər orqanizmi koviddən qoruyan və xəstələndikdən sonra bərpa edən meyvə-tərəvəz şirələrini açıqlayıb.

Sonxeber.net xəbər verir ki, respirator viruslar ilk növbədə yuxarı tənəffüs yollarını, daha sonra ağciyərlər, ürək-damar, sinir sistemini zədələyir.

Hələ ki, kovidin dərmanı yoxdur. Profilaktika məqsədilə vitamin-mineralları çox qəbul etmək lazımdır.

Almaniyan ın molekulyar virusologiya institunun alimləri bir çox qida məhsullarının virusa təsirini araşdırıb.

Məlum olub ki, qara qarağat və nar şirəsi virus əleyhinə, dezinfeksiya edici aktiv təsirə malikdir.

Bu meyvələr və şirələri ağız boşluğunda virus yükünü azalda bilər.

Koviddən sonra xəstələrdə sinir sistemi, beynin koqnitiv fəaliyyətində azalma müşahidə olunur.

Amerikan alimləri bunun üçün qara üzüm şirəsinin yaxşı təsir etdiyini bildirib.

Eləcə də vişnə şirəsi beyinə, bütün bədənə bərpaedici təsir edir, təzyiqi salır.

Son elmi tədqiqatlar sübut edib ki, meyvə -giləmeyvə şirələri güclü antioksidant təsirə malikdir və immuniteti möhkəmlədir.

Onlarda unikal polifenollar var ki, orqanizmə zərərli, neqativ xarici amillərlə mübarizədə yardım edir.

Eləcə də pomidor, kök, balqabaq şirələri immunitet və koviddən sonra bərpa üçün içilə bilər. /medicina.az


Etiketlər:  Koronavirusdan sonra bədəni bərpa edən şirələr içməli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ