Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobildə yanaraq həlak olan türkiyəli futbolçunun ölümü ətrafındakı müəmma davam edir - FOTO

Avtomobildə yanaraq həlak olan türkiyəli futbolçunun ölümü ətrafındakı müəmma davam edir - FOTO

Tarix: 28 Sentyabr 2021 11:48

Türkiyədə idarə etdiyi avtomobildə yanaraq həlak olan 27 yaşlı futbolçunun ölümü ətrafında müəmmalı vəziyyət davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iki gün əvvəl Türkiyənin Samsun şəhərində idarə etdiyi avtomobildə yanaraq həyatını itirən 27 yaşlı futbolçu Burak Gündoğdunun ölümünün səbəbi hələ də açıqlanmır.

Qeyd olunur ki, transfer danışıqlarına yollanan futbolçu təqaüddə olan zabit atasının avtomobilində faciəvi şəkildə həlak olub.

Hadisə vaxtı ərazidə olan insanlar dərhal aidiyyəti qurumlara məlumat veriblər.

Burak Gündoğdunun cəsədi DNT testi üçün Samsun şəhər Tibb Şöbə Müdirliyinə göndərilib.

Lakin hadisədən artıq üç gün keçməsinə baxmayaraq, futbolçunun faciəvi ölümünün səbəbləri barədə ictimaiyyətə heç bir məlumat verilmir.

Milli.Az


Etiketlər:  Avtomobildə yanaraq həlak olan türkiyəli futbolçunun ölümü ətrafındakı müəmma davam edir FOTO


RƏYLƏR