Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 14:50
İstanbulda qadın onu daim döyən ərini bıçaqlayıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, qətli törədən Nuran Özdemir adlı qadın tutulub. Xəbərdə bildirilir ki, iki uşağı ilə ayrı yaşayan 46 yaşlı Nuran əri Ahmet Özdemirdən boşanmaq üçün məhkəməyə müraciət edibmiş. Həyat yoldaşının evinə gələn Ahmet Özdemir onu təhqir edib və qapını açmasını tələb edib. Qonşularını narahat edəcəyini düşünən qadın qapını açanda döyülüb. Başından qan axdığını görən qadın bıçağı götürüb və ərinin hücumundan qaçmaq üçün ona tərəf ataraq ağır yaralayıb. Təcili yardım maşını ilə xəstəxanaya aparılan Ahmet Özdemir yolda dünyasını dəyişib.
Kamran Seyidov