Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü

Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü

Tarix: 20 Avqust 2019 19:12

Bakı. Samir Əli - Trend:

Yardımlı rayonunda qadını elektrik cərəyanı vurub.

Trend-in məlumatına görə, hadisə rayonun Hanuba kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Zeynəb Şükürova yaşadığı evin həyətində elektrik naqilinə birləşdirilmiş su motorundan istifadə edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ