Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aytən Səfərova məşhur türkiyəli ssenaristdən nə xahiş etdi?

Aytən Səfərova məşhur türkiyəli ssenaristdən nə xahiş etdi?

Tarix: 29 Sentyabr 2021 20:05

Aparıcı Aytən Səfərova türkiyəli ssenarist Mehmet Bozdağa məktub yazıb. Onun bu şərhi sosial şəbəkədə paylaşılıb və müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı axşam.az-a açıqlama verən A.Səfərova məktubundan danışıb. O bildirib ki, bir neçə dəfə bu cəhdi edib, amma heç bir cavab almayıb:

"Ötən il TRT 1 - dövlət kanalına müraciət etdim. Oradan ən məşhur simalar Vətən müharibəsi ərəfəsində Azərbaycana dəstək çarxı hazırladılar və yayımlandı. Eyni zamanda həmin ərəfədə "Kuruluş Osman"da Gəncə bəy obrazı ekrana çıxdı. Azərbaycana dəstək mesajı idi. Çox istəyərdim Mehmet Bozdağla danışım, müsahibə götürüm, aktyorlardan nəsə hazırlayım. Burak Özçivitdən tutmuş digərlərinin də yer alacağı bir video çarx hazırlamaq istəyirdik. Azərbaycan tamaşaçısı da bu ekran işini sevir. Yazdım, zəng də etdim, amma cavab vermədi. Mehmet bəy başa düşürəm, böyük adamlarla oturub-durur. Amma ümid edirəm ki, sadə insanlara da cavab verər.

Məndən əvvəl də, sonra da hələ ki, bu cür müraciət edən olmayıb. Ona yazdığım şərh isə bir az narazılıq kimi və giley idi. Ümid axırda olur. Ümidim ölməyərək, belə bir çarxı hazırlayacağıma inanıram".

Milli.Az


Etiketlər:  Aytən Səfərova məşhur türkiyəli ssenaristdən xahiş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ