Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verildi

Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verildi

Tarix: 30 Sentyabr 2021 15:18

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilir:

Musayev Elnur Novruz oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi

Əliyev Vüqar Nurəddin oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi

Sultanov Eldar Aslan oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi

Əhmədov Mübariz Hüseyn oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi.

Milli.Az


Etiketlər:  Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verildi


RƏYLƏR