Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəhərdə bütün dövlət məktəbləri bağlandı

Bu şəhərdə bütün dövlət məktəbləri bağlandı

Tarix: 1 Oktyabr 2021 09:28

ABŞ-ın Nyu-Cersi ştatının Vaynlənd şəhərində bütün dövlət məktəblərində kütləvi atışma təhlükəsi ilə bağlı məlumatlara görə bağlanıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, distant dərslərin də keçirilmədiyi qeyd olunur. Vaynlənd məktəblərindən birində baş verə biləcək hücumla bağlı sosial mediada xəbərlər yayılıb. Şəhər rəhbərliyi həddindən artıq ehtiyatlılıq səbəbindən bu addımın atılması lazım olduğunu bildirib.

Eyni zamanda, atışmanın şəhərin hansı məktəbində baş verə biləcəyi məlum deyil. Vaynlənd Polis İdarəsi bu təhdidi araşdırır. Şəhər rəsmiləri bütün tələbə və müəllimləri 30 sentyabrda evdə qalmağa çağırıb. Eyni zamanda dərslərin cümə günü davam edib-etməyəcəyi hələ bilinmir.

Qeyd edək ki, sentyabrın 20-də ABŞ-ın Virciniya ştatında yerləşən məktəblərdən birində atışma baş verib. 15 yaşlı məktəbli iki nəfəri yaralayıb.


Etiketlər:  şəhərdə bütün dövlət məktəbləri bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ