Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazir mətbuat konfransında Avropa Birliyindən danışarkən iti ucadan uladı…

Baş nazir mətbuat konfransında Avropa Birliyindən danışarkən iti ucadan uladı…

Tarix: 1 Oktyabr 2021 11:04

Yunanıstan baş nazirinin itinin hürməsi slovakiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransını  bir müddət kəsib. 

Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Assoşeydet-Press"(Associated Press) agentliyi məlumat yayıb.

Kiriakos Mitsotakis baş naziri çıxışı zamanı Balkan qonşularının Avropa Birliyinə üzv olma səylərini dəstəklədiyini ifadə edərkən rəsmi iqamətgahından bir neçə metr aralıda "Araxis" ləqəbli köpəyinin yüksək səslə ulaması eşidildikdə bir anlıq donub qalıb.

Mitsotakis Slovakiya baş naziri Eduard Hegerə müraciət edərək "Bu yaxınlarda sığınacaq verdiyimiz bir itdir, çox vaxt olduqca hərəkətli olur" - deyib və ikinci cavab olaraq gülüb.

"Bu, mətbuat konfransı zamanı onun ilk dəfə müdaxilə etməsi halıdır. Araxis adətən qonaqları qapıda qarşılayır və daha nəzakətlidir" -deyə Yunanıstan hökumət başçısı əlavə edib. 

Qeyd edilir ki,  Mitsotakis bəhs edilən iti  bu ilin  aprel ayında Ümumdünya Evsiz Heyvanlar günündə heyvanların müdafiəsi könüllülərini ziyarət edərkən özünə götürüb. 
 


Etiketlər:  Baş nazir mətbuat konfransında Avropa Birliyindən danışarkən ucadan uladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ