Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid mayor Siyavuş Kəlbəliyevin anım günü idi - VİDEO

Şəhid mayor Siyavuş Kəlbəliyevin anım günü idi - VİDEO

Tarix: 1 Oktyabr 2021 13:40

Bu gün şəhid mayor Siyavuş Kəlbəliyevin anım günü idi.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, döyüş yoldaşı Elsevər Hümbətov deyib ki, Siyavuş həmişə doğma kəndləri Horovlunun həsrətilə yaşayıb.

"Biz məzuniyyət götürüb öz rayonumuza, kəndimizə gedəndə deyirdi ki, gün gələcək, mənim də kəndim işğaldan azad olunacaq, onda mən də öz kəndimi görməyə gedəcəm. Cəbrayıl işğaldan azad olundu, amma Siyavuş o günü görmədi".

Şəhidimizdən geriyə iki körpə balası qalıb- Ömər və Hümbət.

İndi bu körpələr xanımı Pərvanənin ömrünə yoldaşdı. Həyatı rayonlarda, hərbi hissələrdə keçən Siyavuş bu gün ata evində yad edilir.

O həm də bizim fəxrimizdir, əziz Pərvanə. Sənin və övladlarının timsalında Vətən uğrunda canından keçən bütün qəhrəmanların yadigarları bizə əmanətdir. Allah bu torpağı bizə Vətən qılan bütün şəhidlərimizə rəhmət eləsin!

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Şəhid mayor Siyavuş Kəlbəliyevin anım günü idi VİDEO


RƏYLƏR