Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 08:08
Fransada 1986-1994-cü illər ərzində 1 uşaq, 4 qadını öldürən seriyalı qatilin kimliyi 35 il sonra müəyyənləşib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, Paris prokuroru Laure Bekkuaunun səyi nəticəsində baş verib.
Belə ki, şəhər prokuroru həmin illərdə xidmət edən 750 jandarmadan DNA testi götürülməsini istəyib. Bu zaman əvvəllər jandarma kimi xidmət edən, daha sonra polisə keçən və buradan pensiyaya çıxan 59 yaşlı François Verove test verdikdən sonra bu ilin sentyabrın 24-də yoxa çıxıb. Bundan üç gün sonra onun arvadı Françoisin itkin düşməsi barədə polisə məlumat verib.
Polis Verovenin izini balıqçı kəndi olan Qrau-du-Roidə tapıb. Evə daxil olan polis əməkdaşları onun intihar etdiyini görüb.
François Verove intihardan əvvəl yazdığı məktubda əslində illərdir axtarılan seriyalı qatilin özü olduğunu etitaf edib. O, məktubda yazıb:
"Bu cinayətləri işlədiyim vaxt həyatım yaxşı deyildi. Sonradan özümü toparladım. 1997-ci ildən sonra heç nə etmədim".
Cinayət qurbanlarının üzərindən götürülən nümunələrlə Verovenin DNA testi də uyğun gəlib. Polis bundan seriyalı qatilin 1997-ci ildə hansı cinayəti işlədiyini araşdırmağa başlayıb.