Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 08:28
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin saxlanılmasını istehzalı şəkildə şərh edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, teleqram kanalında Saakaşvilinin "Moskvada dinc yaşaya biləcəyini" və partiyanın onu azad etmək üçün tədbirlər görəcəyini yazıb:
"Mişiko, nə üçün Tbilisiyə getdin? Moskvaya niyə gəlmədin? Biz LDP sənin azadlığa çıxmağın üçün bütün tədbirləri görəcəyik. Ancaq, hələlik, Mişa, gözlə. Mən Gürcüstan hökumətinin sənin gəlişinə hansı menyunu hazırladığını bilirəm: birincisi çürük quyruq balığından şorba, ikincisi kartof püresi, üçüncüsü Birinci dünya müharibəsinin tozundan jele".