Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 10:36
Fransanın Kemper şəhərindən olan bir ailə evlərində təmir zamanı xəzinə tapıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, divar sökülərkən orada metal qutunun içində 239 sikkə aşkarlanıb. Pulların Böyük Fransız İnqilabından (1789) əvvəl zərb edildiyi bildirilir.
Ev sahibləri dörd sikkəni suvenir kimi saxlamağa qərar verib, qalanları isə hərraca çıxarılıb. Qiymətli əşyalar bir milyon avrodan (1.9 milyon manat) artıq qazanc gətirib.
Ev sahibləri qazandıqları pulu tapan işçilərlə bölüşməyi planlaşdırırlar.