Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanda Talibanla atəşkəs əldə edildi

Pakistanda Talibanla atəşkəs əldə edildi

Tarix: 2 Oktyabr 2021 15:08

Pakistanda fəaliyyət göstərən Talibana bağlı Hafiz Gül Bahadır qruplaşması ilə ölkə ordusu arasında atəşkəs razılaşması əldə edilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, atəşkəs razılaşmasına əsasən, 20 gün müddətinə sabitliyə riayət ediləcək.

Bildirilib ki, Cənubi Vəziristanda atəşkəs oktyabrın 20-dək davam edəcək.

Qruplaşmanın komandirlərindən Səddar Həyatın müavinlərinə Pakistan qüvvələrinə qarşı bütün əməliyyatları dayandırmağı əmr etdiyi qeyd olunub.


Etiketlər:  Pakistanda Talibanla atəşkəs əldə edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ