Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyaya məxsus təyyarə hava boşluğuna düşdü - 35 nəfər...

İspaniyaya məxsus təyyarə hava boşluğuna düşdü - 35 nəfər...

Tarix: 21 Avqust 2019 12:08

Bakı. Trend:

İspaniyanın “Iberia” aviaşirkətinə məxsus təyyarə hava boşluğuna düşüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 35 nəfər xəsarət alıb.

Qeyd olunur ki, təyyarə Mavrikidən Madridə hərəkət edirmiş. Xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Təyyarə hava boşluğuna düşdükdən sonra qəfil yüksəklik itirib. Pilotlar təyyarəni Madrid hava limanında uğurla endirə bilib.

Təyyarəyə ziyan dəymədiyi bildirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İspaniyaya məxsus təyyarə hava boşluğuna düşdü nəfər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ