Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alimlər Covid-19-un respirator xəstəlik olmadığını sübut etdi - O, damar xəstəliyidir

Alimlər Covid-19-un respirator xəstəlik olmadığını sübut etdi - O, damar xəstəliyidir

Tarix: 2 Oktyabr 2021 19:12

Amerikalı alimlər, koronavirusun qrip kimi respirator, yəni soyuqdəymə tipli xəstəliklər qrupuna aid olmadığını elan ediblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, San- Diyeqo universitetinin alimləri Covid -19-un adi respirator virus xəstəliyi olmadığını açıqlayıb.

Journal Circulation Research dərc olunan elmi məqalədə sübut olunub ki, yeni koronavirus hamının düşündüyü kimi qripə bənzər yox, damarlara bağlı xəstəlikdir.

Tədqiqatçılar araşdırıb ki, bu xəstəlikdə olan öskürək və ağciyər problemi heç də Covid 19-un respirator xəstəlik olduğunu göstərmir. Ağciyərlərdə buzlu şüşə, öskürək və boğulma qanda qatılaşma və pıxtaların yaranması səbəbindən olur.

Bu, koronavirusun S zülalının ACE-2 reseptorlarına təsiri ilə əlaqədardır. Bu zaman damar endotelləri zədələnir, qopur və arteriyaların, venaların içində qan laxtaları çoxalır.

Milli.Az


Etiketlər:  Alimlər Covid 19 un respirator xəstəlik olmadığını sübut etdi O damar xəstəliyidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ