Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 10:36
"Twitter" mikrobloqlar şəbəkəsi Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal "Taliban" hərəkatının nümayəndəsi, eyni zamanda hökumətin müvəqqəti təyin edilmiş informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini tutan Zabihulla Mücahidin səhifəsinə girişi müvəqqəti olaraq məhdudlaşdırıb
Sonxeber.net APA-a istinadən xəbər verir ki, bu barədə yerli "Salam Watandar" radiosu məlumat yayıb.
Mücahidin qohumları hesaba girişdəki məhdudiyyətin Mucahidin bazar günü günorta saatlarında Kabildə İdgah məscidi yaxınlığında baş verən partlayışın təfərrüatlarını səhifəsində yerləşdirdikdən sonra ortaya çıxdığını bildiriblər.